Azərbaycanda kassir yarım milyonluq mənimsəməyə görə həbs edildi - VİDEO

Azərbaycanda kassir yarım milyonluq mənimsəməyə görə həbs edildi - VİDEO
SOSİAL
11:55 19.12.2022
604
Şəmkirdə mağazada baş vermiş mənimsəmə faktı ilə bağlı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə AZXEBER.COM-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus "Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.

İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.

Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR