Bu gün axşam saatlarında KATV-1-in yayımında problem yaranıb.
AZXEBER.COM-un məlumatına görə, şirkətin yayımı Binəqədi rayon ərazisində dayanıb.
Təqribən 1 saat davam edən problem istifadəçilərin narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkədə tənqidi fikirlər yazılıb.
Problemin hansı səbəbdən yarandığı haqda isə məlumat verilməyib.