'Azərbaycanda keçiriləcək seçkilərdə İlham Əliyevin qələbəsi şübhəsizdir'

SİYASƏT
16:10 02.08.2013
1600
“Ölkədə “açıq hökumət”in yaradılması, media və internetin inkişafı üçün hər şey edilir”“Gənclərin təhsilinin və gələcək iş həyatının inkişafı üçünçoxlu proqramlar qəbul olunub”“Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı Prezident İlham Əliyevin qələbəsi şübhəsizdir. Bu qələbə inzibati resursların olmasına görə deyil, İlham Əliyevə bərabər namizədin olmamasındadır”.Bu fikirləri Postsovet Ölkələrinin Tədqiqat Mərkəzinin direktoru, tarix elmləri doktoru, tanınmış rusiyalı politoloq Stanislav Çernyavski “Parlamentskaya Qazeta”da jurnalistlərlə keçirilən görüşdə bildirib.Bu haqda “Parlamentskaya Qazeta”nın rəsmi internet saytında (www.pnp.ru) məlumat verilib. “Rusiya və Azərbaycan: strateji dialoqun perspektivləri” mövzusunda keçirilən görüşdə bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi vəziyyəti şərh edən politoloq bildirib ki, azərbaycanlılar həqiqətən demokratiya yolunda irəliləyirlər: “Hər seçkilər ölkədəki vəziyyəti dəyişir. Müxalifət hər zaman deyir ki, seçkilər ədalətsiz olacaq, KİV-də onlara bərabər efir vaxtı verilmir və s. Lakin bu, Azərbaycanda ilk seçki deyil”.S.Çernyavski hazırda Azərbaycanda 54 siyasi partiyanın qeydiyyatdan keçdiyini söyləyib: “Ölkədə “açıq hökumət”in yaradılması, media və internetin inkişafı üçün hər şey edilir”.

OXŞAR XƏBƏRLƏR