Azərbaycanda keçmiş məmurun ailəsində faciə - FOTO

Azərbaycanda keçmiş məmurun ailəsində faciə - FOTO
SOSİAL
13:34 22.01.2022
1047
9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.
 
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, rayonun Quşencə kəndində qeydə alınmış yanğın zamanı xəsarət alan Sovetxan Muradəliyev ötən gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, yanvarın 13-də Sovetxan Muradəliyevə məxsus evdə güclü yanğın olub. Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı aldığı yanıq xəsarətləri səbəbindən hadisə yerində ölüb. Ağır xəsarətlər alan Sovetxan Muradəliyev Respublika Yanıq Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
 

 


 

OXŞAR XƏBƏRLƏR