"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyytə başlayacaq: "Yeni yaradılan peşə məktəbində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texinkası-aqroxidmətlər kimi ixtisaslar öyrədiləcək".
Mi.Cabbarov qeyd edib ki, BP ilə birlikdə həyata keçirilən "Kənd təsərrüfatı peşə təhsili üçün yeni mütəxəsislərin hazırlanması" layihəsi çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib: "Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır".