Azərbaycanda kənd yumurtası bahalaşdı - VİDEO

Azərbaycanda kənd yumurtası bahalaşdı - VİDEO
SOSİAL
21:40 17.11.2022
783
Bazarda kənd yumurtası bahalaşıb. Hazırda bazarda kənd yumurtasının bir ədədi 35-40 qəpiyə təklif edilir. Buna səbəb bazardakı qıtlıq göstərilir.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, bazarda 3 növ yumurta satılır. Broyler yumurtası, ferma yumurtası və kənd yumurtası. Adətən kənd yumurtası adı ilə alıcılara çox vaxt ferma yumurtası təklif olunur ki, onun da qiyməti 30 qəpikdir.

Bazarda yumurtanın 17 qəpikdən başlayan fərqli qiymətlərinə rast gəlmək olur. Hətta 23 qəpiyə iki sarılı yumurta da satılır.
 

OXŞAR XƏBƏRLƏR