Azərbaycanda kişi arvadı ilə tutmuşdu, bağışladı - Amma 4 il sonra öldürdü...

Azərbaycanda kişi arvadı ilə tutmuşdu, bağışladı - Amma 4 il sonra öldürdü...
SOSİAL
22:42 28.08.2019
12309
...Şabran rayon sakini, 39 yaşlı Vüsal Hacıyev həmyerlisi Ruslanı qətlə yetirib. Məhkəmədə bəlli olub ki, Vüsal əvvəllər həyat yoldaşı ilə Ruslanın münasibətindən xəbər tutub, hətta onları bir yerdə yaxalayıb. Maraqlıdır ki, həmin vaxt namusuna göz dikdiyi üçün Ruslana əl vurmayıb, onu polisə təhvil verib. Ruslan isə arvadı ilə bir yerdə tutduğu halda onları bağışlayan Vüsalı rayonda biabır edib, arxasınca danışıb, sonuncu da onu öldürməklə qisas alıb.

Amma o da bəlli olub ki, Vüsalın özü də düzgün həyat sürməyib, 3 dəfə evlənib, hətta ikinci arvadının barmaqlarını sındırıb. Bir nəfərin ölümünə, digərinin həbsxanaya düşməsinə səbəb olan qadın isə xəstəlikdən ölüb.

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hadisə ötən il avqustun 12-də Vüsal Hacıyevin mənzilində baş verib. Həyat yoldaşını yaşadığı evin həyətində həmyerlisi Ruslanla bir yerdə yaxalayan Vüsal sonradan onu bağışlasa da şəhər camaatı içərisində haqqında nalayiq sözlər işlətməsini eşidib. Bu səbəbdən də ondan qisas almağı planlaşdırıb. Bunun üçün münasib vaxt və şərait yaranmasını gözləyib.

Tanışı İsmayıl Səfərəliyevlə birgə spirtli içki qəbul edən Vüsal Ruslandan qisas almaq üçün mebel düzəltdirmək adıyla onu evə çağırtdırıb. Söhbət əsnasında Vüsal Ruslana o vaxt güzəştə getdiyini xatırladıb. Ruslansa cavabında ona mərhum arvadının yüngül həyat tərzi sürdüyünü, başqa kişilərlə də yaxın münasibət qurduğunu bildirib. Nəticədə onların aralarında mübahisə yaranıb. Masanın üstündəki "Aroma” şüşəsini Ruslanın başına çırpan Vüsal onu yardımçı tikiliyə sürüyüb aparıb. Orada bıçaqla bədəninə çoxsaylı zərbələr endirib. R.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Təqsirləndirilən Vüsal Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində həyat yoldaşı və uşaqları ilə bir yerdə yaşadığını, əvvəllər üç dəfə ailə qurduğunu, lakin müxtəlif səbəblərdən nikahları pozulduğunu deyib: "2014-cü ilin yayında Ruslanı həyat yoldaşımı bir yerdə tutmuşdum. Həmin vaxt aparıb polisə təhvil verdim. Arvadımı da evdən qovdum. Sonradan uşaqlara görə evə gətirdim. Bir il sonra arvadım talassemiya xəstəsi olduğundan vəfat etdi”.

Həyat yoldaşı vəfat etdikdən sonra Vüsal ikinci dəfə ailə qurub. Amma özünün dediyinə görə, arvadı birinci nikahdan olan uşaqları ilə pis davrandığına görə onun barmaqlarını sındırıb. Bu səbəbdən də Şabran rayon məhkəməsinin qərarına əsasən barəsində cərimə cəzası təyin edilib.

V.Hacıyevin ifadəsinə görə, hadisə baş verən gün tanışı İsmayılla birgə yemək yeyib spirtli içki içiblər. Süfrə arxasında köhnə söhbətlər açılıb, o da Ruslanda günah görmədiyini, artıq onu bağışladığını deyib: "İsmayılla Ruslan həyətdə mübahisə edirdilər. İsmayılın təkidi ilə Ruslanı evə buraxdım. Elə səhvim də onda olub. Ismayıl Ruslana araq süzdü. Birdən yadıma həmin hadisə düşdü. Əsəbləşib butulkayla Ruslanın başına vurdum və otaqdan çıxdım. Geri qayıdanda gördüm ki, bunlar yoxdular. Mətbəxin işığı yanırdı, ora yaxınlaşanda Ruslanın öldüyünü gördüm”.

Təqsirləndirilən şəxs ifadəsində Ruslanı öldürmədiyini, onu İsmayıl Səfərəliyevin qətlə yetirdiyini deyib: " O hadisədən sonra İsmayıl Rusiyaya qaçıb getdi. Mən istintaq zamanı da dedim. Amma İsmayılı tapmaq istəmədilər. Əgər Ruslanı öldürmək fikrim olsaydı onu elə o vaxt həyətimdə tutanda öldürərdim. Amma bunu eləmədim”.

Məhkəmə V.Hacıyevin ifadəsini inandırıcı hesab etməyib. Məhkəmə hesab edib ki, iş üzrə zərərçəkmiş, şahid və ekspertiza rəylərinə əsasən qətlin V.Hacıyev törədildiyi tam təsdiqini tapıb.

Zərərçəkmiş Kafiyə Seyidova ifadəsində mərhum oğlu Ruslanın təbiətcə sakit olsa da spirtli içkilərə meyilli olduğunu,bu üzdən də həyat yoldaşı ilə boşandığını göstərib: "Oğlum mebel ustası idi. 2014-cü ildə Vüsalın arvadı ilə münasibətdə olduğuna görə  Vüsal onu polisə vermişdi. Arvadı da o vaxt Ruslanı öz razılığı ilə evə çağırdığını dediyinə görə sərbəst buraxıldı. Hadisə baş verən gün Ruslan mənə dedi ki, Şabranda bir nəfərlə görüşəcək, inşaat materiallarının siyahısını verəcək. Həmin gecə Ruslan evə gəlmədi. Fikirləşdim ki, yəqin içib, hardasa yıxılıb qalıb, ya da nəsə eləyib polisə aparıblar. Ruslanı axtarmaq üçün gecəyarı evdən çıxdım, nə qədər axtarsam da tapa bilmədim. Gecə saat 4-də qayınlarım gəlib dedilər ki, Ruslanı Vüsal öldürüb”.

Məhkəmənin hökmü ilə Vüsal Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"