Cəlilabad rayonunda iki il əvvəl boşanmış qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Bıçaqlanma hadisəsi Cəlilabad şəhərinin Səttarxan küçəsində qeydə alınıb.Rayonun Ləkin kənd sakini, 24 yaşlı Rahim Vəzir oğlu Nəsirov Bakı şəhərində işlədiyi daş karxanasından Cəlilabada gələrək keçmiş həyat yoldaşı 30 yaşlı Aynurə Abas qızı Abasovanın evində əvvəlcə onu döyüb, daha sonra isə bıçaqla bədəninə ağır zərbə endirib. Zərərçəkmişin yaxınlarının sözlərinə görə içki düşkünü olan Rahim Aynurə ilə nikahda olduğu müddətdə də ona mütəmadi işgəncələr verirmiş.Cəlilabad rayon müalicə və diaqnostika mərkəzinə çatdırılan Aynurə Abasova cərrahiyyə şöbəsində dərhal əməliyyat olunub, vəziyyəti orta ağırdır.Hadisənin başvermə səbəblərinə gəldikdə isə, Rahim Aynurədən onun çalışdığı çörək sexindən çıxmağını tələb edirmiş. Lakin 4 övlad anası olan Aynurənin ailəni dolandırmaq üçün başqa yolunun olmadığını bildirməsi sonda məlum hadisəyə gətirib çıxarıb.Qeyd edək ki, polislər tərəfindən saxlanılan Rahim Vəzirov indiyə kimi bir neçə dəfə məhkumluq həyatı yaşayıb.Faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.