Azərbaycanda kişi arvadını güllələdi

Azərbaycanda kişi arvadını güllələdi
SOSİAL
13:38 09.09.2024
154
Lerikdə silahlı insident olub.

AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.

Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismətqızını güllələyib.

Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.

O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.

C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR