Cəlilabad sakini arvadını baltalayıb.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb.
Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.