Azərbaycanda kişi birgə yaşadığı sevgilisi tərəfindən döyüldü – VİDEO

SOSİAL
09:53 30.04.2020
1421
ARB TV-nin "Elgizlə İzlə” verilişinə müraciət edən Mustafa birgə yaşadığı Xuraman tərəfindən döyüldüyünü deyib.

"Bir neç gün öncə evdə oturmuşduq. Xuramanın telefonuna zəng gəldi. Biri ilə danışırdı. Gülə-gülə dedi ki, Tahir, yaxşıyam, narahat olma.

Səninlə barışacağam. Səhər "həkimə gedirəm" deyib çıxıb getdi. Axşam 23:15 radələrində evə qayıtdı. Tahir də onunla idi. Çatar-çatmaz Tahir böyrümdən təpiklə vurdu”.

Xatırladaq ki, Mustafa ilə Xuraman "Elgizlə İzlə” verilişi vasitəsi ilə tanış olub evlənmək qərarına gəlmişdilər. Onlar 2 ay idi ki, birgə yaşayırdılar.
 



OXŞAR XƏBƏRLƏR