Azərbaycanda kişi qardaşı arvadını kəndirlə boğdu - 2 aylıq körpəsi var

Azərbaycanda kişi qardaşı arvadını kəndirlə boğdu - 2 aylıq körpəsi var
SOSİAL
11:46 06.09.2019
4707
Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov  qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR