Azərbaycanda kişi qayınatasının evinə gəlib, arvadını bıçaqladı

Azərbaycanda kişi qayınatasının evinə gəlib, arvadını bıçaqladı
SOSİAL
13:41 30.08.2019
8007
Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 29-da rayonun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gələn kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR