Azərbaycanda kişi sevgilisini bıçaqladı

Azərbaycanda kişi sevgilisini bıçaqladı
HADİSƏ
10:54 01.02.2022
573
Bərdədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Bahadır Hacıyev küçəsində qeydə alınıb.

Rayon sakini Faiq Süleymanov sərxoş vəziyyətdə qeyri-rəsmi nikahda olduğu Zülfiyyə Zülfüqarovanı münaqişə zəminində bıçaqlayıb.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR