Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, ölkə üzrə ən çox yoluxma həmişəki kimi Bakının payına düşür. 54 faizdən çox yoluxma paytaxtda qeydə alınıb.
Bakıda isə ən çox yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayonunda 14,6 faiz yoluxma olub.
Sonrakı yerlərdə 13,4%-lə Xətai, 12,2%-lə Yasamal, 11,2%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,9%-lə Nəsimi, 7,2%-lə Xəzər, 7,1%-lə Nizami 5%-lə Səbail, 4,5%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.
Bölgələrdə isə yoluxma göstəricisi belə qeyd edilib:
Yoluxma göstəricisi Abşeronda 13%, Aranda 12%, Gəncə-Qazaxda 7,2%, Şəki-Zaqatalada 4,1%, Quba-Xaçmazda 3,1%, Lənkəranda 2,4%, Dağlıq Şirvanda 2,3%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,8%-dir.
Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3% təşkil edir.