Azərbaycanda koronavirus xəstələri bu dərmanlarla müalicə olunur

Azərbaycanda koronavirus xəstələri bu dərmanlarla müalicə olunur
TOP4
10:10 29.04.2020
2935
Dünyada yayılmış koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkələr Ümümdünya Səhiyyə Təşkilatının və digər uğurlu nəticələr əldə etmiş ölkələrin sınaqdan keçirdiyi preparatlardan istifadə edirlər. Azərbaycanda bu günədək koronavirusa yoluxduğu aşkarlanan 1717 nəfərdən 1221-i müalicə olunaraq sağalıb. 

AZXEBER.COM-un Səhiyyə Nazirliyinin təlimatına əsasən verdiyi xəbərə görə, hazırda COVID-2019-un müalicəsi üçün etiotrop terapiya üzrə tövsiyyələr mövcud deyil. 

Yaşlı xəstələrin müalicəsində virus etiologiyalı infeksiyalarda geniş spektrli təsirə malik olan "ribavirin" preparatından istifadə olunur. Bu preparatdan Çində, Sinqapurda və digər ölkələrdə ağır kəskin respirator sindromun müalicəsində istifadə olunub. Lakin bu preparatın ağır əlavə təsirləri (ilk növbədə, anemiya və hipoksemiya) olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır. SARS və MERS-CoV-la bağlı atipik pnevmoniyalı xəstələrin müalicəsinin kliniki təcrübəsi əsasında əldə olunmuş məlumatlarda virus əleyhinə müxtəlif preparatlar daxil olan bir neçə müalicə sxemi irəli sürülüb (ribavirin lopinavir və ritonavirlə birgə). 

MERS-CoV-un törətdiyi infeksiyanın əvvəllər aparılmış invitro tədqiqatları göstərib ki, 1 (İFN) tipli interferon inhibəedici fəaliyyətə malikdir, İFN-betta ən güclü inhibəedici fəaliyyət göstərir. Ehtimal olunur ki, iltihab əleyhinə sitokinlərin xeyrinə sitokin balansını qarışdırmaq qabiliyyəti hesabına İFN-betta preparatları müsbət patogenetik effekt yarada bilər. İmmunəvəzedici və immunomodulyasiya edici preparatlar xəstəliyin erkən mərhələlərində effektivdir. 

Respirator traktın aşağı hissələrinin zədələnməsi (pnevmoniya) ilə keçən koronavirus infeksiyalarının müxtəlif kliniki formalarına yoluxmuş pasiyentlərə antimikrob preparatlar (amoksisillin/klavulanat, respirator ftorxinolonlar – levofloksasin, moksifloksasin, 3 və 4-cü nəsil sefalosporinlər, karbapenemlər, linezolilər və s.) təyin olunur.

Antibiotiklərin seçimi və istifadəsi xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən, rezistent mikroorqanizmlərlə qarşılaşmaq  riskinin analizindən, mikrobioloji diaqnostikanın nəticələrindən asılıdır. Kritik vəziyyətdə olan pasiyentlərə inhibitor-qorunmuş aminopenisillinlər, seftarolin, respirator ftorxinolonlar təyin olunmalıdır. Beta-laktamlar makrolidlərlə vena daxilinə vurulmalıdır. 
Təsdiq olunmuş stafilokokk infeksiyasında (metisillinə davamlı stafilokokkların aşkar olunması zamanı) xəstəliyin  gedişində müsbət dinamika olmadıqda, yüksək antistafilokokk və antipnevmokokk aktivliyə malik preparatlar təyin olunmalıdır  (linezolid, vankomisin).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI