Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, Hacıqabul rayonunun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.
Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.