Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatıb

TOP4
14:55 01.04.2020
3495
Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ümumilikdə, ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

OXŞAR XƏBƏRLƏR