Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 mini keçdi
SOSİAL
18:23 17.05.2020
553

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edişb 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.

OXŞAR XƏBƏRLƏR