Azərbaycanda koronavirusla bağlı bu məhdudiyyətlər aradan qaldırılacaq - RƏSMİ

Azərbaycanda koronavirusla bağlı bu məhdudiyyətlər aradan qaldırılacaq - RƏSMİ
SOSİAL
10:00 15.04.2022
2299
"Koronavirusla bağlı məhdudiyyətlər növbəli şəkildə aradan qaldırılır”.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, ölkədə məhdudiyyətlər COVID-19 xəstəliyinin yayılma tezliyinə əsasən tənzimlənir:

"Bir çox məhdudiyyətlərin qaldırılması haqda müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər dəyərləndirilir və həyata keçirilir”.

O qeyd edib ki, çox yaxın vaxtda həmin təkliflər barədə qərar veriləcək və digər məhdudiyyətlər aradan qaldırılacaq.
 
Məlumata görə, maska məhdudiyyəti və COVİD paportu ilə bağlı qərarın veriləcəyi gözlənilir. 
OXŞAR XƏBƏRLƏR