Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır - HƏYƏCAN TƏBİLİ
SOSİAL
18:00 15.05.2020
836

"Hazırda ölkədə ikinci dalğa yaşanır. Bu prosesin hansı formada davam edəcəyi sosial məsuliyyətdən, vətəndaşların davranışından asılı olacaq”.

AZXEBER.COM-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, koronavirusa yoluxanların 76,6 faizində yüngül, 23-24 faizdə isə daha ağır simptomlar qeydə alınıb:

"Xəstələrin 7-12 faizinin vəziyyəti ağır, 4.5 faizinin vəziyyəti isə daha ağır kimi qiymətləndirilib.  Xəstələrin 1,6 faizinin süni nəfəs aparatına ehtiyacı yaranıb”.

OXŞAR XƏBƏRLƏR