Azərbaycanda korrupsiyaya görə 43 hakim intizam məsuliyyətinə cəlb edildi, 13-ü vəzifəsindən azad olundu

Azərbaycanda korrupsiyaya görə 43 hakim intizam məsuliyyətinə cəlb edildi, 13-ü vəzifəsindən azad olundu
SOSİAL
20:58 22.04.2022
286
Qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.
OXŞAR XƏBƏRLƏR