Azərbaycanda kredit kartlarının sayı artır

İQTİSADİYYAT
17:39 23.09.2013
1472

Avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 5 mln. 375 minə çatıb.

AZXEBER.COM-un Mərkəzi Bakın hesabatına istinadən verdiyi xəbərə görə, bunun da 686 min ədədini kredit kartları təşkil edir.Bu isə ilin əvvəli müqayisədə 68% artım deməkdir.Hesabata əsasən debet kartların 2 mln. 546 mini sosial, 1 mln. 389 mini isə əmək haqqı kartlarıdır.Bildirək ki, bu müddətdə debet və kredit kartları ilə 920 mln. manat həcmində 5 mln. 982 min əməliyyat həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR