Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.
Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVID-19-a yoluxub.