Azərbaycanda körpələrə ən az qoyulan adlar - Əkbər, Əsmər, Lalə, Sevinc...

Azərbaycanda körpələrə ən az qoyulan adlar - Əkbər, Əsmər, Lalə, Sevinc...
SOSİAL
14:49 11.03.2019
4562
Son 5 ildə (2014-2018) Azərbaycanda yenidoğulan oğlan uşaqlarına ən az qoyulan adlar Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub.

AZXEBER.COM bildirir ki, Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, son 5 ildə 12 507 oğlana Yusif adı qoyulduğu halda, cəmi 1236 oğlana Əkbər, 1225 oğlana Elmir, 1205 oğlana Emin, 1185 oğlana Davud, 1147 oğlana Fuad, 1145 oğlana Sənan, 1129 oğlana Onur, 1084 oğlana Sübhan adı qoyulub.

Bu adların hər biri il ərzində demək olar ki, 300-400 uşağa verilib.

Yenidoğulmuş qızlara ən az qoyulan adlar isə Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər olub.

Son 5 ildə qızlara ən çox verilən ad Zəhra olub ki, ötən müddətdə bu 11 918 yenidoğulan qıza qoyulub. Lakin ötən müddətdə cəmi 1546 qıza Nərmin, 1526 qıza Nigar, 1429 qıza Ləman, 1306 qıza Sevinc, 1032 qıza Aytac, 1031 qıza Lalə, 1022 qıza Əsmər adı qoyulub.

Ümumilikdə ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhra ilə yanaşı, Nuray (8561), Fatimə (7217), Aylin (6675), Məryəm (6404) və s. olub.

Oğlan uşaqlarına isə Yusifdən sonra ən çox qoyulan adlar Əli (9087), Hüseyn (8921), Ömər (6696), Məhəmməd (5861) olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Asteroid Ayla toqquşacaq
20:53 25.06.2025
Asteroid Ayla toqquşacaq
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
20:33 25.06.2025
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
20:14 25.06.2025
"Qalatasaray"ın futbolçusunu ölümlə təhdid edən azarkeş saxlanılıb
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
19:54 25.06.2025
Türkiyədə arvadının sevgilisini illər əvvəl öldürən şəxs Bakıda həbs edilib, ölkəsinə qaytarılır
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
19:31 25.06.2025
"Benfika" 13 oyundan sonra "Bavariya"ya qalib gəldi
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
19:12 25.06.2025
Ukrayna Rusiyanın cənubuna PUA ilə hücum edib
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək