Bu gecə 02:00-03:00 radələrində ağırtonajlı avtomobillərin hərəkəti nəticəsində Ələt-Astara magistralı yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılıb.
Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, hadisə baş verəndən sonra minik avtomobilləri üçün alternativ yol verilib. Ağır tonajlı avtomobillərin hərəkəti üçün yaxın bir-iki gün ərzində alternativ yol salınacaq. Mürsəliyev bildirib ki, körpü 1964-cü ildə inşa edilib. Körpünün uzunluğu 47,9 metr, qabariti isə 9,3 metrdir.