Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, 10 nəfərdən çox şəxs halsızlıq və qusma halları ilə bağlı xəstəxanaya müraciət edib. Həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər.
Onlara tibbi yardım göstərilir.