Azərbaycanda lotereyada yarım milyon dollar uddular

MARAQLI
15:08 27.06.2014
3016
Bu uduş ölkənin lotereya tarixində ikinci ən böyük ödənişdir.
Azərbaycan vətəndaşlarından biri ölkə tarixində lotereyada ən böyük uduşlardan birinə sahib olub.
AZXEBER.COM  fins.az-a istinadən xəbər verir ki, Azərbaycanın vahid lotereya operatoru olan “Azərlotereya” ASC-nin açıqladığı məlumata görə, ASC-nin təşkil etdiyi “6/40” lotereyasının 642-ci tirajında ölkə vətəndaşlarından biri 409 min 295 manatlıq “Cek Pot”u udub.
Qeyd edək ki, bu uduş Azərbaycanın lotereya tarixində ikinci ən böyük ödənişdir:
1. Rekord ödəniş - 439 135 manat
Azərbaycan tarixində lotereyada ən böyük məbləğ 2013-cü il, sentyabrın 16-da udulub. Həmin gün “6/40” lotereyasının 439 135 manata qədər yüksəlmiş “Cek Pot”u sahibini tapıb. Xoşbəxt biletin nömrəsi 009171 olub.
2. 409 295 manat
2014-cü il, iyunun 24-də “6/40” lotereyasının 409 min 295 manatlıq “Cek Pot”u udulub. Xoşbəxt biletin nömrəsi 113129 olub.
3. 213 400 manat
2013-cü il, noyabrın 26-da “5/36” lotereyasının 867-ci tirajında 213 400 manata yüksəlmiş “Cek Pot” qazanılıb. Xoşbəxt biletin nömrəsi 001618 olub.
4. 161 490 manat
2013-cü il, iyunun 14-də “5/36” lotereyasının 726-cı tirajında Gəncə şəhər sakini Sahib Əliyev tərəfindən 161 490 manatlıq “Cek Pot” qazanılıb.
5. 149 745 manat
2013-cü il, yanvarın 25-də “6/40” lotereyasının 200-ci tirajında Bakı sakini Cavid Məmmədov 149 745 manat udub. Xoşbəxt biletin nömrəsi 108790 olub.
6. 147 125 manat
Bir neçə ay əvvəl - 2014-cü il, martın 4-də isə “Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” lotereyasının 951-ci tirajında 147 125 manata yüksəlmiş “Cek Pot” qazanılıb. Xoşbəxt biletin nömrəsi 105 062 olub 
OXŞAR XƏBƏRLƏR