Azərbaycanda maaş hesablama sistemi köklü şəkildə dəyişir - AÇIQLAMA

Azərbaycanda maaş hesablama sistemi köklü şəkildə dəyişir - AÇIQLAMA
SOSİAL
00:21 20.05.2026
769
Azərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi və minimum əməkhaqqının mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bildirilir ki, məqsəd əməkhaqqı sisteminin daha çevik və beynəlxalq standartlara uyğun formalaşdırılmasıdır. Bəs minimum saatlıq əməkhaqqının tətbiqi əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər?

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkədə minimum əmək haqqının saatlıq əsasda hesablanmasına keçid cari dövrdə bazar iqtisadiyyatı şəraitinin tələblərinə uyğun addım kimi qiymətləndirilir:

"Əvvəllər bu sistem daha çox aylıq və tam ştatda çalışan işçilər üçün nəzərdə tutulurdu və klassik əmək münasibətləri çərçivəsində tətbiq edilirdi. Lakin müasir əmək bazarında vəziyyət daha fərqlidir. "Freelancer”lər, yarımştat işləyənlər, həmçinin həftəlik və aylıq iş saatları dəyişkən olan əmək münasibətləri geniş yayılıb. Bu da əmək münasibətlərinin daha çevik və rəngarəng xarakter almasına səbəb olub. Bu şəraitdə yalnız aylıq minimum əmək haqqı sistemi bütün sahələrdə effektiv nəzarət mexanizmi yaratmır və bəzi hallarda suallar və anlaşılmazlıqlar doğurur. Saatlıq minimum əmək haqqı isə işçinin real işlədiyi vaxtın daha dəqiq uçotunu aparmağa, eyni zamanda əmək hüquqlarının daha çevik və ədalətli qorunmasına imkan yaradır. Əslində, minimum əmək haqqı dövlət tərəfindən müəyyən edilən sosial standartdır və işəgötürənlər üçün məcburi hüquqi çərçivə formalaşdırır. Qanunvericiliyə əsasən, heç bir müəssisə işçiyə bu məbləğdən aşağı əmək haqqı ödəyə bilməz. Bu norma həm Əmək Müfəttişliyi, həm də vergi orqanları tərəfindən nəzarət olunur”.

O deyib ki, saatlıq minimum əmək haqqına keçid nəzarət mexanizmlərini daha şəffaf edir:

"Müxtəlif iş qrafikləri ilə çalışan şəxslərin hüquqlarının daha düzgün qorunmasına şərait yaradır. Xüsusilə tam iş günü işləməyən şəxslər üçün bu yanaşma daha ədalətli hesab olunur. Eyni zamanda bu dəyişiklik mövcud əmək haqlarının avtomatik artması və ya minimum əmək haqqının yüksəlməsi demək deyil. Bu, daha çox hesablamaların və nəzarət sisteminin yeni reallığa uyğunlaşdırılmasıdır. 2025-ci ildən etibarən minimum əmək haqqının artırılaraq 340 manatdan 400 manata çatdırılması da bu sistemin tətbiqi üçün əsas baza kimi çıxış edir. Yeni yanaşma əmək münasibətlərində həm işçi hüquqlarının qorunmasına, həm də dövlət nəzarətinin daha səmərəli təşkilinə xidmət edir”.

Qısası, Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid qeyri-tam iş günündə və fərqli qrafiklərlə çalışan insanların əməyinin daha ədalətli qiymətləndirilməsinə və qeydiyyatın düzgün aparılmasına kömək edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
İlham Əliyevlə Merz arasında görüş keçirilir
14:41 21.07.2026
İlham Əliyevlə Merz arasında görüş keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
14:22 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
13:58 21.07.2026
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
13:52 21.07.2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
13:19 21.07.2026
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
AccessBank-ın tender elanının vaxtı uzadıldı
13:05 21.07.2026
AccessBank-ın tender elanının vaxtı uzadıldı
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
13:03 21.07.2026
İran ABŞ-ı ittiham etdi: Hərbi itkilərin real sayı gizlədilir
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
12:53 21.07.2026
Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar
Azərbaycanlılar bu ölkədən deport olundu
12:49 21.07.2026
Azərbaycanlılar bu ölkədən deport olundu
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
12:26 21.07.2026
Ştaynmayer Əliyevi belə qarşıladı - VİDEO
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
12:14 21.07.2026
Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: “Milli mətbəxin axırına çıxırlar”
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR
12:07 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir - FOTOLAR