Azərbaycanda magistral data kanalında qəza: Bir rayonda internetin verilişi dayandırıldı

Azərbaycanda magistral data kanalında qəza: Bir rayonda internetin verilişi dayandırıldı
SOSİAL
17:05 05.01.2023
461
Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

Buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və imeyllərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.
 
///Report
OXŞAR XƏBƏRLƏR