Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb

Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb
SOSİAL
10:39 07.07.2021
342
Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik aşkarlanıb.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, bu xəstəliyi Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi müəyyən edib.

Sahə baytar həkimi İlham Zeynalov bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir: Bu, hər il yayılan xəstəlik deyil.

Bu xəstəlik 10-15 ildən bir tək-tək təsərrüfatlarda yayılır. Əsasən mal bazarında və malqara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir".

Sahibkar Bakir Qəhrəmanov bildirib ki, xəstəlik aşkar olunandan bu günə qədər təsərrüfatında olan xeyli iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bir neçəsi tələf olub:

"Sahə baytarları evə qədər gəlib mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər, ancaq gördükləri işlərin bir xeyri yoxdur.

Heyvanların tələf olmasının qarşısının alınması üçün həkimlərin gördüyü tədbirlər isə nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu mal-qara tələf olub.

Gəlirlər, əziyyət çəkirlər, müalicə edirlər, amma, yəqin ki, onun dərdini dəqiq tapsaydılar, heyvanımın biri ölərdi, ikisi ölərdi, 8 baş heyvanım ölməzdi".

Sahibkar Allahverdi Qəhrəmanov isə deyir ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur:

"Elə bir xəstəlikdir ki, yoluxdusa, heyvan mütləq ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas edə bilmir".

Nadir hallarda rast gəlinən bu xəstəlik, mütəxəssislərin bildirdiyinə görə, yoluxucu deyil. Təmas zamanı nə heyvana, nə də insana keçici xüsusiyyəti yoxdur.

Xəstəliyin yayılma qorxusu olmasa da, aşkarlandığı təsərrüfatda olan heyvanların məhv olma təhlükəsi daha böyükdür.

Bu xəstəliyin qarşısının alınması üçün peyvənd olmasa da, təsərrüfat sahibləri bunun qarşısını öncədən qismən də olsa, ala bilərlər.

Sahə baytar həkimi İ.Zeynalovun sözlərinə görə, bu xəstəliyin heç bir qabaqlayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur:

"Bu təsərrüfatda baş verən xəstəlik "Yaman xataral isitmədir”. Heyvanların bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına, yaxşı örüşdə otarılmasına diqqət etmək lazımdır.

Mal-qaranı mütəmadi çimizdirmək və gənələrdən təmizləmək lazımdır. Yay girəndən bəzi tədbirlərini görməlisən. Parazitlərə qarşı çimizdirmək, ola bilər ki, qızdırmaya qarşı profilaktiki iynələrdən müvəqqəti 10 günlük, 15 günlük gözləmək üçün vurasan. Amma bu xəstəliyə onun aidiyyəti yoxdur.

Bu "Yaman xataral isitmədir. Bu xəstəliyə yoluxan mal-qaraların 95%-i tələf olur, 5%-nin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur".

Rayon baytarlıq idarəsindən bildirildi ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”