Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan baş nazirinin müavini təyin edilib.
AZXEBER.COM "Naxçıvan TV”yə istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 30-da bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, S.Məmmədov bundan əvvəl Naxçıvanın maliyyə naziri vəzifəsində çalışırdı. Bu fərmandan sonra isə o, həm də baş nazirin müavini vəzifəsini icra edəcək.