İmişli rayon sakininin gördüyü yuxu gerçək olub.
AZXEBER.COM Cənub TV-yə istinadən xəbər verir ki, yuxuda ona qeyri-adi qüvvə verildiyini görən qadın ayılarkən özündə baş verən dəyişikliyi hiss edib. Bədənində sanki bir maqnit qüvvəsinin yarandığının şahidi olub.
1955-ci il təvəllüdlü Əhmədova İradə Hacıağa qızı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açıb. Tanrıdan özünə qeyri-adilik arzulayıb. İradənin bu arzusu isə ömrünün 57-ci ilində reallaşıb. Gördüyü yuxu sayəsində özündə qeyri-adi qüvvənin olduğunu üzə çıxarıb. Bədənində metal qaşıqların yapışıb qalmasını gördükdə özü də təəccüblənib və qorxu hissi keçirib.
Lakin sonra bu bacarıq İradə üçün adi hərəkətə, işə çevrilib. Qadının boyun, sinə və kürək nahiyələri xırda-böyük qaşıqları, açarları, hətta çəkisi ağır olan ütünü belə çox asanlıqla özündə saxlaya bilir. Bunu edərkən isə İradə özündə sanki bir yüngüllük hiss etdiyini və ona
rahatlıq gəldiyini söyləyir.