Azərbaycanda maraqlı toy karvanı: bəyin dostları ona sürpriz ediblər - VİDEO

SOSİAL
21:51 03.09.2018
7849

Goranboyda toyu olan bəyin dostları ona sürpriz ediblər. Milli.Az bildirir ki, bəzədilən maşınlar gəlini gətirmək üçün yola düşən kimi kənardan şarlarla bəzədilmiş traktorlar toy karvanına qoşulub.

Maraqlı toy karvanı Goranboyun Xanqərvənd kəndində olub. Kənd sakini Tural Həsənov 7 ildən artıqdır mexanizatordu. Bunu nəzərə alan dostları onun şad günündə sevimli minik vasitələri ilə toya gələrək bəyə süpriz ediblər.

Toy karvanında öndə bəzədilmiş gəlin maşınını 5 traktor müşayət eliyib. Görüntülər kənd sakinlərinin də marağına səbəb olub. Maraqlı anları yol kənarından telefonlara çəkənlər də olub.

 

Keçirilən toy məclisində maraqlı anlar bununla da yekunlaşmayıb. Tural Həsənovu dostları öz traktoruna mindirərək "Bəy tərifi" mərasiminə gətiriblər. /xezerxeber.az

 


OXŞAR XƏBƏRLƏR