Mingəçevir şəhərində bir ailənin 4 üzvünü maşın vurub, 2 nəfər ölüb.
AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirldiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
08:26
Yaralı piyadalardan biri xəstəxanada keçinib.
AZXEBER.COM report.az-a istinadən bildirir ki, şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.
O xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi. Belə ki, iyulun 15-i axşam saatlarında yolu keçmək istəyən bir ailənin dörd üzvünü maşın vuraraq ağır xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.