Azərbaycanda maşın 4 piyadanı vurub, ölənlər var

Azərbaycanda maşın 4 piyadanı vurub, ölənlər var
SOSİAL
13:28 16.07.2018
3720

Mingəçevir şəhərində bir ailənin 4 üzvünü maşın vurub, 2 nəfər ölüb.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan, 2015-ci il təvəllüdlü Mələk Pərviz qızı Hüseynova yerləşdirldiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

08:26

Yaralı piyadalardan biri xəstəxanada keçinib.

AZXEBER.COM report.az-a istinadən bildirir ki, şəhərin bayraq meydanında avtomobil tərəfindən vurularaq ağır xəsarət almış 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

O xəstəxanada dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə şəhərin bayraq meydanında baş vermişdi. Belə ki,  iyulun 15-i axşam saatlarında yolu keçmək istəyən bir ailənin dörd üzvünü maşın vuraraq ağır xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR