Azərbaycanda maşınların qiymətini kim qaldırır?

Azərbaycanda maşınların qiymətini kim qaldırır?
SOSİAL
14:21 28.09.2016
1778

 İkinci əl avtomobil bazarında avtomobillərin qiymətləri şişirdilir

Avtomobil ekspertləri və avtomobil satıcıları deyiblər. Avtomobil ekspertlərinin sözlərinə görə, avqust ayının sonundan etibarən dolların bahalaşması ilə bağlı yaranan ajiotaj avtomobil satışlarının da tamamilə dayanmasına səbəb olmuşdu. Ekspertlər deyirlər ki, satışların dayanmasına rəğmən devalvasiyaya uyğun olaraq avtomobillərin qiymətləri qaldırılmışdı. Xüsusilə də avtomobil satışı ilə bağlı internet elanlarında şişirdilmiş qiymətlər gözə çarpırdı. Amma real alıcı olanda avtomobillər nəğd şəkildə daha ucuz təklif edilirdi.

Badamdar avtomobil bazarından satıcılar da ikinci əl avtomobillərin qiymətlərinin şişirdildiyini deyirlər. Avtomobil satıcısı Aley Şamilov bildirib ki, sentyabr ayının əvvəlindən etibarən elan saytlarında ikinci əl avtomobillərin qiymətlərinin artması təəssüratı yaradılırdı. Avtomobillər real qiymətindən 6000 manata kimi baha göstərilirdi. Sentyabr ayının 10-dan sonra avtomobil bazarında az da olsa, alıcı var və avtomobillərin real satış qiymətinin artmadığı məlum olub: "Məsələn, qiyməti 26 min manat göstərilən 2014-cü il model "Hyundai İX35" avtomobili son bazarda 18 min manata satıldı. 2008-2009-cu il model "Toyota Prado"ların qiyməti 27-29 min manat göstərilirdi. Amma eyni avtomobil real alıcıya 22 min manata satıldı".

Ötən ilin eyni dövrü ilə müqayisədə xeyli az olsa da, son iki həftədə avtomobil satışlarında nisbi canlanma yaranıb. A.Şamilov bildirib ki, satışa 1500 -2000 avtomobil çıxarılan Badamdar bazarında son bir ayda cəmi 10-12 avtomobil satılıb. Halbuki, ötən ilin sentyabr ayında 80-100 avtomobil satılmışdı. Satıcının sözlərinə görə, bazarda real alıcı hələ də çox azdır: "Satışların bir hissəsi barter hesabına baş tutur. Məsələn, 1996-cı il model "Mercedes" avtomobilini "E240" modeli ilə barter etdilər. "E240 "a əvvəlcə 14 min manat qiymət qoyulsa da, sonda avtomobil 12 min manata satıldı. Köhnə "Mercedes"in sahibi avtomobilin üstündə 7 min manat ödəməklə "E240" modelini aldı".

Bundan əlavə, bazara çıxarılan avtomobilin bir hissəsini alverçilər alıb saxlayırlar. Onlar isə ikinci əl avtomobil bazarında qiymətlər yüksələn zaman daha baha qiymətə sataraq daha çox gəlir əldə etmək üçün belə edirlər.

Satıcıların sözlərinə görə, "ölü bazar"ın əsas "söz sahibləri" dəyişməz olaraq qalıb. A.Şamilov bildirib ki, əsas alınan avtomobillər arasında 1998-2003-ci il istehsal tarixli "Mercedes"ləri misal göstərmək olar. Xüsusilə də, "E 220" modellərini taksi kimi istifadə etmək üçün alırlar. "Opel"in isə 1.6-1.8l mühərrikli 1998-2004-ci illərdə istehsal edilən furqon modelləri daha çox satılır. "Lada" modellərindən isə alıcılar daha çox "Lada 21012", "Lada 21015" modellərinə üstünlük verirlər.

 
///fins.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb