Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi

Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi
SOSİAL
12:07 05.05.2025
352
Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət ünvanlayıb.

AZXEBER.COM Modern.az-a istinadla xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.

İşə hakim Gülsüm Kamal qızı Əliyeva baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib - yəni işə baxmaqdan imtina edib.

Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.

Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.
OXŞAR XƏBƏRLƏR