Azərbaycanda məktəbdə dava - Şagird öldü

Azərbaycanda məktəbdə dava - Şagird öldü
SOSİAL
10:25 07.05.2024
385
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR