Azərbaycanda məktəbdə dəhşət - Meyit tapıldı

Azərbaycanda məktəbdə dəhşət - Meyit tapıldı
SOSİAL
13:38 23.02.2024
504
Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR