2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Layihəyə əsasən, gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,9% və ya 48 182 248 manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri 404 836 101 manat proqnozlaşdırılıb.









































