Azərbaycanda məktəbli faciəvi şəkildə öldü

Azərbaycanda məktəbli faciəvi şəkildə öldü
SOSİAL
10:30 22.06.2022
200
Tərtərdə ölümlə nəticələnən yol qəzası olub.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Əliyev Pərvin Yusif oğlu idarə etdiyi "T-28" markalı traktorla Goranboy-Tərtər yolunun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən 13 yaşlı Alquliyev Füzuli Bayram oğlunu vurub. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı Tərtər rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, F.Alquliyev həmin kənd məktəbində 7-ci sinifdə təhsil alırmış.
OXŞAR XƏBƏRLƏR