Azərbaycanda məmur ovunun yeni dalğası başlayır - Sıra kimdədir?

Azərbaycanda məmur ovunun yeni dalğası başlayır - Sıra kimdədir?
SİYASƏT
13:41 16.10.2015
5097

Prezident İlham Əliyevin “Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” bəyanatından sonra Baş Prokurorluqda təcili müşavirə keçirilməsi iqtidarın yeni antikorrupsiya həbslərinə hazırlıq kimi qiymətləndirilir.

AZXEBER.COM xəbər verir ki, bunu Yeni Müsavat qəzeti yazıb. Qəzet bildirir ki, prezidentin müşavirəsindən dərhal sonra Baş Prokurorluğun hərəkətə keçməsi ölkədə yeni antikorrupsiya tədbirlərinin başlandığından xəbər verir: “Redaksiyamıza daxil olan məlumata görə, Antikorrupsiya İdarəsində işçi qrup adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılıb. Prokurorluğa yaxın mənbəmiz deyib ki, bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra ediləcək. Bu o deməkdir ki, işçi qrup üçün heç bir maneə və toxunulmaz nazirlik və məmur olmayacaq. İcraya nəzarət isə baş prokurora tapşırılıb. Bu həm də o anlama gəlir ki, 2011-ci ildən başlamış və nisbətən aşağı məmur korpusunu əhatə edən antikorrupsiya həbslərinin bu dəfə daha yüksək dairəni və miqyası əhatə etməsi planlaşdırılır”.

Qəzet yazır ki, prezidentin tapşırığına əsasən, istisnasız olaraq fəaliyyəti şübhə doğuran bütün nazirliklər və komitələrin yüksək vəzifəli məmurları “istintaq altına” düşə bilər. Bu, baş prokuroru oliqarxlar-nazirlərin mümkün təzyiqlərindən qorumaqla yanaşı, daha çox ortada prezidentin iradəsi olması mesajıdır.

Xəbərdə Nəqliyyat Nazirliyi ilə bərabər Kənd Təsərrüfatı Nazirliyində də yoxlamalara start verildiyi, nazirliyin Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərlə bağlı bugünlərdə cinayət işi başlanıldığı qeyd olunur. “Yeni antikorrupsiya tədbirləri AZAL “şefi”ni də əhatə edəcək” yazan qəzet son vaxtlar Cahangir Əsgərovdan da hakimiyyətin narazılığının artdığını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"