Azərbaycanda meşədə qadın meyiti tapıldı

Azərbaycanda meşədə qadın meyiti tapıldı
SOSİAL
13:46 14.01.2022
720
Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR