Azərbaycanda məşhur şirkət ləğv olunur

Azərbaycanda məşhur şirkət ləğv olunur
SOSİAL
09:54 08.02.2022
424
Martın 29-da, saat 10:30-da "Azər-Maya” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlı küçəsi, 3105-ci məhəllə ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2021-ci il üçün maliyyə hesabatının təsdiq edilməsi, eləcə də səhmdar cəmiyyətinin ləğv prosesi məsələsi daxildir.

Xatırladaq ki, "Azər-Maya" 1973-cü ildən fəaliyyət göstərən keçmiş Bakı Bulka-Maya Zavodunun bazasında 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 444 340 manatdır. Şirkət ölkənin preslənmiş xəmir mayasına olan tələbatını ödəyir.
 

 


OXŞAR XƏBƏRLƏR