xari

Azərbaycanda məşqçi futboldan ömürlük uzaqlaşdırıldı

İDMAN
15:10 09.04.2021
412

Azərbaycanlı futbol məşqçisi futboldan uzaqlaşdırılıb.

AFFA-nın İntizam Komitəsinin bu gün keçirilmiş növbədənkənar iclasında aşağıdakı qərar qəbul olunub:

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edildiyi üçün peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun.

Danışılmış oyunlarla əlaqədar hüquq mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxsin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Qeyd edək ki, Yasin Abbasov "Turan” (Tovuz), "Sumqayıt” və AZAL kimi klublarda oynayıb.

OXŞAR XƏBƏRLƏR