Azərbaycanda meymunçiçəyinə qarşı bu peyvənddən istifadə olunacaq - Baş infeksionist

Azərbaycanda meymunçiçəyinə qarşı bu peyvənddən istifadə olunacaq - Baş infeksionist
SAĞLAMLIQ
11:21 24.05.2022
740
"Bildiyimiz kimi dünyanın bir sıra ölkələrində: Avropada, Amerikada Avstraliyada meymunçiçəyi deyilən infeksiya yayılmaqdadır. Bu yeni bir infeksiya deyil. Keçən əsrin sonunda Afrika qitəsində aşkarlanıb. Sonra isə müxtəlif ölkələrə Avropaya, Amerikaya səyahət edən edən insanlar tərəfindən yayılıb". 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ekspert mütəxəssisi infeksionist Təyyar Eyvazov deyib.
 
O bildirib ki, indi bu infeksiya əvvəlki dövrə nisbətən daha geniş yayılıb:

"Artıq 15 ölkədə 100 dən artıq təsdiqlənmiş xəstə var. Bu infeksiya əsasən, heyvanlardan, gəmiricilərdən və meymunlardan insanlara keçir. Bunun üçün insanların heyvanların bioloji mayeləri ilə təması və yaxud da heyvanların dərisində müxtəlif səpgilər varsa, onlarla təması, həmin heyvanlardan hazırlanmış hansısa qidalardan istifadə olunarsa yoluxa bilərlər”. 

"İnsanın da insanı yoluxdurması mümkündür. Bunun üçün də çox sıx təmas tələb olunur. Yoluxmuş insanın dərisinə toxunanda və ağız suyu təması olanda keçir. Ona görə də burda hava-damcı üsulu bir o qədər də önəmli olmasa da, insan danışarkən, asqırarkən hissəciklər kənara yayılır və bu zaman insan yoluxa bilər. Qeyd edim ki, ortaq əşyalardan istifadə də yoluxmaya səbəb ola bilər. Bu virusun insandan insana keçməsi o qədər də sürətli deyil”. 

İnfeksionist qeyd edir ki, meymunçiçəyinin COVID-19 kimi geniş yayılma potensialı yoxdur:

"Bu virus üçün sanitar tədbirlər yetərli olur ki,  alovlanmanın qarşısı alınsın. ÜST bildirir ki, dünya üzrə bu infeksiyaya yoluxanların sayı çox azdır. Meymunçiçəyi hazırda yayılan yerlər üçün qeyri-endemik olduğu üçün bir qədər narahatlıq doğurur. Bunun üzərində işlənilir və virusun mutasiya edib etmədiyi, onun yeni bir xüsusiyyət kəsb etmədiyi məsələsi araşdırılır. Çünki koronavirusun mutasiyaya uğradığının və keçiricilik qabiliyyətinin artdığını gördük. Amma bunu meymunçiçəyi üçün deyə bilmirik. Bu yaxın günlərdə təqdqiqatlar nəticəsində bəlli olacaq”. 

Mütəxəssis meymunçiçəyinə qarşı effektiv olan vaksin haqqında da danışıb:

"Vaxtilə Təbii çiçəyə(meymunçiçəyi onun bir növüdür) tətbiq olunmuş vaksinlər burada da güvənlidir. Və 85 faizə qədər də meymun çiçəyindən qoruyur.  Hazırkı dövrdə isə bu meymunçiçəyinə görə narahatlığa ehtiyac yoxdur və Azərbaycanda qeydə alınmayıb”. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək