Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var

Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var
SAĞLAMLIQ
14:29 20.08.2024
1018
Digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada "meymunçiçəyi” (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.

ÜST, həmçinin meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.
OXŞAR XƏBƏRLƏR