Azərbaycanda minimum pensiya artırılır

Azərbaycanda minimum pensiya artırılır
İQTİSADİYYAT
11:32 18.11.2024
563
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

AZXEBER.COM xəbər verir ki, bu, "Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.

Başqa sözlə, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR