"Azərbaycanda mobil rabitə tarifləri aşağı salına bilər" - Əli Abbasov

İQTİSADİYYAT
12:04 03.12.2013
1506
Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri aşağı salına bilər.

Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, mobil rabitə tarifləri bazar münasibətləri əsasında tənzimlənir və burada müəyyən məhdudiyyətlər var: «Operatorlar arasında olan trafikin qiymətini tənzimləyici orqan kimi Nazirlik təyin edir. Bu gün həmin hədd 5 qəpikdir və nə qədər də çalışsaq da, o həddən aşağı düşə bilmərik. Lakin hazırda belə bir məsələ var ki, mobil danışıqları imkan daxilində 2-5 qəpik arasında tənzimləyək».

«Ehtimal edirik ki, yaxın zamanlarda buna nail olacağıq. Bundan sonra isə mobil operatorlar üçün qiymətlərin aşağı salınması mümkün olacaq», - deyə Ə.Abbasov vurğulayıb.(APA)

OXŞAR XƏBƏRLƏR